Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının sözçüsü Hind okeanında Ümid burnuna doğru hərəkət edən sionist rejimə bağlı gəmilərə xəbərdarlıq edərək, bu gəmilərin də Yəmən Silahlı Qüvvələrinin hədəfində olacağını bildirib.

Məhəmməd Əbdüs-Səlam X sosial şəbəkəsində yazıb: “Qəzzada davam edən hərbi təcavüzə diqqət etməklə, Yəmənin Hind okeanında İsrail gəmilərinə hücumlarını gücləndirdiyini və bu gəmilərin Ümid burnundan keçməsinin qarşısını alacağını vurğulayırıq.”

O, əlavə edib: “İsraillə əlaqəsi olan gəmiçilik şirkətləri Hind okeanında hücumlarımızın artmasına çox ciddi yanaşmalıdırlar və bilsinlər ki, İsraillə bağlı olan hər bir gəmi Yəmən raketlərinin hədəfindədir.”