“Reuters” xəbər agentliyi İngiltərə Dəniz Təhlükəsizliyi Şirkətinə istinadən xəbər verib: “Hudeydadan 88 mil şimal-qərbdə bir neft tankeri raketlə hücuma məruz qalıb.”
Şirkət həmçinin bildirib ki, hücum nəticəsində tanker zədələnib, lakin ekipajı arasında itkilər barədə məlumat verilməyib.
İngiltərə Dəniz Ticarət Əməliyyatları Təşkilatı bu gün səhər saatlarında məlumat yaymışdı ki, Hudeydadan 76 dəniz mili qərbdə bir ticarət gəmisi raket hücumuna məruz qalıb və zədələnib.