İran İslam Respublikasının keçmiş xarici işlər naziri doktor Məhəmməd Cavad Zərif Tehran Times ilə söhbətində Meta şirkətinin İnqilab Rəhbərinin İnstaqramdakı hesabının bloklanması hərəkəti ilə bağlı suala cavab olaraq deyib:
Qərbin söz azadlığı ilə bağlı bəyanatları çox vaxt müəyyən siyasi tendensiyalar tətbiq etmək və müəyyən siyasi meylləri təşviq etmək cəhdləri olub və heç vaxt həqiqi mənada söz və fikir azadlığını nəzərdə tutmayıb.
Amerika hökumətində Fələstinə dəstəyin tolerantlıq dərəcəsi öz universitetlərində Fələstinə dəstək verilməsinə icazə verən müxtəlif universitetlərin prezidentləri ilə necə davranmaq məsələsində sınaqdan keçirildi. Üstəlik, bu universitet rektorlarına hər cür media təzyiqləri o həddə çatdırıldı ki, Harvard Universitetinin rektoru istefa verməli oldu.
Qərb fikir və ifadə azadlığını məhdudlaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir, halbuki bu məsələləri dəstəkləduyini iddia edir.