İnqilabın Ali Məqamlı Rəhbəri yeni il müraciətində buyurdu: Əgər biz istehsalatda sıçrayış olmasını istəyiriksə, iqtisadiyyatı xalqlaşdırmalıyıq. Xalqın istehsal sahəsində iştirakını hiss olunan şəkildə artırmalı və fəaliyyətinə mane olan amilləri aradan qaldırmalıyıq.
O, daha sonra qeyd etdi: Xalq sektorunda böyük imkanlar var, inşallah, bunları izah edəcəyəm, bu imkanlar səfərbər olunmalı, ölkənin, xalqın xeyrinə istifadə edilməlidir. Ona görə də, bu münasibətlə mən builki şüarı belə təyin etmişəm: “Xalqın iştirakı ilə istehsal sıçrayışı!” Bu, bu ilki şüardır.
O əlavə etdi:
Qüds günü və hicri şəmsi təqvimilə bəhmən ayının 22-də (fevralın 11-i) xalqın nümayişlərdə qəhrəmancasına iştirakı, bu geniş nümayişlərin təhlükəsiz keçirilməsi, ilin sonu seçkilərinin təhlükəsiz və sağlam keçirilməsi və digər ictimai hərəkatlar keçən ilin şirin xəbərləri və yaxşı cəhətlərindən idi. Şəhid Süleymaninin ildönümündə Kirmanda baş verən acı hadisə, ilin sonunda Bəlucistanda baş verən sel, bu aylarda təhlükəsizlik işçiləri və mühafizəçilərin başına gələnlər acı hadisələrdən idi və ən acısı isə bizim mühüm beynəlxalq problemlərimizdən biri olan Qəzza hadisəsi oldu və bu il ondan daha acı hadisə yaşamadıq. Xarici siyasətdə hökumətin müxtəlif iqtisadi və siyasi sahələrdə beynəlxalq fəaliyyəti xoş xəbər və bəyənilən hadisələrdən biri, qeyd etdiyim Qəzza hadisəsi isə ən acı hadisələrdən biri olmaqla yanaşı, həm də dövlətimizin xarici işlər sahəsində ən acı məsələləri sırasında idi.
Uca Allahdan diləyirik ki, çətinlikləri aradan qaldırsın və şirin hadisələrin davamını İran xalqına və müsəlman xalqlara nəsib etsin və İslam ümməti üçün və İran xalqı üçün xeyir və bərəkət mənbəyi olanları onlara nəsib etsin.
İnqilab rəhbəri Novruz müraciətinin sonunda buyurdu:
Böyük və əziz İran xalqına Uca Allahdan uğur diləyir, təvazökarlıqla Həzrət Bəqiyyətullahın (canımız ona fəda olsun) hüzuruna salamlarımızı göndərir və Allahdan insanlığın azadlığının təzminatı olan o şəxsiyyətin zühurunu tezləşdirməsini diləyirik.