Moskvanın Krokus şəhərində baş verən terror hadisəsindən sonra Rusiya Prezidenti martın 24-ü bazar gününü bu ölkədə milli  matəm elan edib və terrorçuların Ukrayna sərhədinə doğru qaçmasına işarə edərək deyib: “Kiyev terrorçular üçün pəncərə açmışdı.”

Şənbə günü Vladimir Putin Krokus Hall-da baş verən terror aktından sonra ölkə televiziyası vasitəsilə verdiyi ilk açıqlamada bildirib: “Ukrayna tərəfində, ilkin məlumatlara görə, Krokus terror aktının terrorçularının sərhədi keçməsi üçün “pəncərə” hazırlanmışdı.”

Putin vurğulayıb ki, Rusiya Federasiyası Krokusda terror aktını təşkil edənlərin hamısını müəyyən edəcək və cəzalandıracaq.