Tehran - İRNA - Amerikalı demokrat senator Elizabet Vorren bazar günü axşam saatlarında sionist rejimin baş naziri Binyamin Netanyahunun kabinetini Qəzzada müharibəyə görə tənqid edib.

Elizabet Vorren deyib: “Qəzzada fələstinlilər aclıqdan əziyyət çəkir, Netanyahunun kabineti isə yardımın gəlməsinə mane olur.”

“ABŞ-ın beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailə dəstək şərtləri ilə bağlı yeni siyasət qurmasının vaxtı çatıb” - deyə, senator bildirib.