Qum şəhərinin əhalisi və zəvvarlar bu gecə saat 24:00-da Həzrət Fatimə Məsumə (ə) Hərəminə toplaşaraq sionist rejimin cinayətlərindən öz ikrahlarını ifadə ediblər və beynəlxalq forumları bu rejimin cinayətləri ilə qəti şəkildə məşğul olmağa çağırıblar.
Artıq bir həftədir ki, Qəzzada Şəfa xəstəxanası və onun ərazisi xəstələr, tibb işçiləri və fələstinli qaçqınlar, xüsusən də oraya sığınan qadın və uşaqlar sionist terror ordusunun şiddətli və qeyri-insani mühasirəsindədir, sionist rejim bu xəstəxanada dəhşətli cinayətlər törətməklə öz faciəli həyatının tarixinə, cinayətlərin qara siyahısına daha bir biabırçı səhifə əlavə edib.