Fələstin Qızıl Aypara Cəmiyyəti sionist rejim ordusunun Əl-Əməl və Nasir adlı iki xəstəxananı mühasirəyə aldığını açıqlayıb.
Qızıl Aypara Cəmiyyətinin bildirdiyinə görə, sionist rejimin hərbi texnikaları Qəzzanın cənubundakı Xan Yunus şəhərində Əl-Əməl xəstəxanası və Nasir xəstəxanasına yaxınlaşıb və atəş səsləri eşidilib və bu qurumun Əl-Əməl xəstəxanasındakı işçiləri ilə əlaqəsi kəsilib.
Eyni zamanda bir neçə gün əvvəl sionist rejim qüvvələri Şəfa xəstəxanasına yeni hücuma başlayıb və dəhşətli qətllər törətməkdə davam edir.
Şahidlər Şəfa xəstəxanasında səhra edamları, qaçqınların həbsi və köçürülməsi və fələstinlilərə qarşı digər qeyri-insani hərəkətlər barədə məlumat verirlər.