Antonio Quterreş bildirib: “Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyi (UNRWA) fələstinli qaçqınlara xidmət göstərmək üçün xüsusi tədbirlər görüb və bütün fəaliyyətlərində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və prinsiplərinə əməl edib. Biz bu xidmətləri qoruyub saxlamağa və davam etdirməyə doğru getməliyik.”
“Qəzzada şəhid olan 171 əməkdaşımızı hörmətlə anırıq. Bu, Birləşmiş Millətlər Təşkilatının tarixində böyük bir statistikadır” - deyə, o, əlavə edib.
Quterreş bəzi ölkələr tərəfindən UNRWA-nın maliyyə dəstəyinin dayandırılmasından təəssüfləndiyini bildirib, BMT-nin bu qurumu dəstəkləməyə və onun fəaliyyətini artırmağa sadiq olduğunu qeyd edib.
O, deyib: “Qəzzaya humanitar yardımın çatdırılması üçün Qəzzada atəşkəsə nail olunmasının vacibliyini vurğulayırıq.”
Quterreş bildirib: “Mən UNRWA-nın fəaliyyətini davam etdirmək və onun prosesini gücləndirmək əzmindəyəm və biz bu prosesi davam etdirməyə çalışmalıyıq.”
“İsrailin Rafaha qurudan istənilən hücumu humanitar faciə ilə nəticələnəcək” - deyə, BMT Baş katibi əlavə edib.