Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi (25 mart) xalq hökumətinin məsul şəxsləri ilə Zirvə İclas Zalında keçirilən toplantıda deyib: “Bu gün İran və İslam dünyasının ən mühüm məsələsi Fələstin və Qəzza məsələsidir.”
Ayətullah Rəisi əlavə edib: “Bütün dünya insanlarının qəlbini dağlayan müsibət və ağrı ədalətsizlik ağrısı, hərəkətsizlik və tədbirsizlik ağrısı, kişilərin, qadınların, uşaqların fəryadlarına məhəl qoymamaq ağrısıdır.”
Rəisi Qəzza xalqının cəsarətli müqavimətinə toxunaraq deyib: “Qəzzanın bugünkü müqaviməti dünyanın vəziyyətini dəyişəcək.”
Rəisi ümidvar olduğunu bildirib ki, şəhidlərin pak qanının bərəkəti və müqavimət göstərən qüvvələrin dirənişi və xeyirxah insanların dualarının bərəkəti ilə bu gün dünyana hakim olan ədalətsiz nizam dəyişəcək və ədalətli nizam hakim olacaq.
Prezident çıxışının sonunda bildirib: “Başqaları bunun uzaq olduğunu düşünə bilər, lakin biz bunu çox yaxın və əldə edilə bilən hesab edirik.”