Qəzzada dərhal atəşkəs barədə qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.

BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü müsbət səs verərək sözügedən şuranın qeyri-daimi üzvlərinin Qəzzada dərhal atəşkəsin yaradılmasına dair təqdim etdiyi qətnaməni dəstəkləyib. Şuranın daimi üzvü olan Amerika Birləşmiş Ştatları səsvermədə bitərəf qaldı. Bununla da Qəzzada atəşkəsin yaradılmasına dair qətnamə təsdiq edildi.