Tehran - İRNA - HƏMAS siyasi ofisinin üzvü bu günkü (bazar ertəsi) açıqlamasında ABŞ-ı sionist rejimin əsas siyasi və hərbi tərəfdaşı hesab edib.

HƏMAS-ın siyasi ofisinin üzvü Həssam Badran bildirib ki, bizim prioritetimiz müharibəni dayandırmaq, Qəzzaya yardımların gəlməsi və qaçqınların geri qayıtmasıdır. Həmçinin bizim konkret təklifimiz yenidənqurmadır və işğalçıların təbliğ etdikləri kimi əsirlərin azad edilməsi ilə məhdudlaşmır.

O vurğulayıb: “Amerika vasitəçi deyil, işğalçıların əsas siyasi və hərbi tərəfdaşı, onların himayədarıdır. ABŞ hökuməti istənilən razılaşmanın dayandırılmasında əsas faktordur.”