Bazar ertəsi axşam saatlarında Cənubi Afrikanın Əməkdaşlıq və Xarici Əlaqələr Nazirliyinin saytında yerləşdirilən bəyanatda ölkənin Xarici İşlər naziri Naldi Pandor ölkəsinin bu qətnamədən “məmnun olduğunu” bildirib.
Bəyanatda əlavə edilib: “İndi tərəflərin bu məcburi qətnaməyə əməl etməsini təmin etmək BMT Təhlükəsizlik Şurasının vəzifəsidir.”