Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün işğal olunmuş Fələstinin şimalında sionist hərbçilərin toplanma mərkəzini hədəfə alıb.

Hizbullah Hərəkatının İnformasiya Ofisi bu barədə bildirib: “Livanın islami müqavimət qüvvələri bu çərşənbə axşamı (26 mart) səhər saatlarında sionist əsgərlərin "Şlomi" qəsəbəsində istifadə etdiyi binanı uyğun silahla hədəfə alıblar.”

Digər tərəfdən Hizbullah Hərəkatı Livan islami müqavimət qüvvələrindən olan "Əbu Əli" ləqəbli Hüseyn Əli Dabukun Qüds yolunda şəhid olduğunu açıqlayıb.