Əfqanıstanın müvəqqəti hökumətinin Qaçqınlar və Qayıdanların İşləri üzrə Nazirliyinin sözçüsü Əbdülmütəllib Həqqani bazar ertəsi, 25 martda “İRNA” xəbər agentliyinin Kabildəki müxbirinə müsahibəsində deyib: “Əfqanıstan və İran İslam Respublikası arasında yaxşı diplomatik əlaqələr və beynəlxalq prinsiplərlə yanaşı, bir çox dini və mədəni ortaqlıqlar var. Ona görə də bu iki qonşu müsəlman ölkəsinin bir-birinə qarşı haqları var.”
Publish Date: 27 mart 2024 - 14:58
Kabil - İRNA - Əfqanıstanın müvəqqəti hökumətinin Qaçqınlar və Qayıdanların İşləri üzrə Nazirliyinin sözçüsü İran İslam Respublikasının əfqan qaçqınlarına evsahibliyi etməsini yüksək qiymətləndirərək deyib: “Müsəlman qonşumuzun daha bir müddət belə yaxşı evsahibliyi etməsini istəyirik.”