London - İRNA - “The Guardian” qəzeti çərşənbə günü verdiyi xəbərdə yazıb ki, İsrailin Qəzzada dərhal atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmək istəməməsi əlamətlərinin artması ilə İngiltərə İcmalar Palatası və Lordlar Palatasının yüzdən çox üzvü bu ölkənin Xarici İşlər nazirinə göndərdiyi birgə məktubda İsrailə silah embarqosu qoyulmasını tələb edib.

İşçi Partiyasının nümayəndəsi xanım Zəhra Sultane tərəfindən hazırlanan və İcmalar Palatasının 107 və Lordlar Palatasının 27 üzvü tərəfindən imzalanan bu məktubda qeyd olunur ki, İngiltərənin İsrailə silah ixracı ilə bağlı “adi ticarət” “tamamilə qəbuledilməzdir”, çünki Qəzzada İngiltərə istehsalı olan silahlardan istifadə olunur.

Məktubu ünvanlayanlar bildiriblər: “Bu gün İsrail ordusunun törətdiyi zorakılığın miqyası ölümcüldür. Lakin İngiltərə hökuməti hər hansı cavabı verə bilmir.”