İRNA- Bu gün (çərşənbə axşamı) İngiltərə hüquq müdafiəçiləri sionist rejim əleyhinə yeni təşəbbüslə çıxış edərək bu rejimin Londondakı səfirliyi yerləşən küçəyə “Soyqırım küçəsi” adını veriblər.

Beynəlxalq Amnistiya Təşkilatının hüquq müdafiəçiləri Londonda sionist rejim səfirliyinin yaxınlığındakı küçəyə simvolik plakat quraşdıraraq bu küçəni “Soyqırım küçəsi” adlandırıblar. Bu aksiyanın səbəbi sionist rejimin Qəzzadakı cinayətlərini dünyaya xatırlatmaq olub.