Tehran - İRNA - İordaniya xalqı çərşənbə günü axşam saatlarında Əl-Qəssam Briqadalarının baş komandanı Məhəmməd Zayfın çağırışından sonra küçələrə çıxıb və nümayiş keçirib.

İordaniyalı etirazçılar şüarlar səsləndirərək Qəzza əhalisinə və Fələstin müqavimətinə dəstək olduqlarını bəyan ediblər.