Tehran - İRNA - Xarici İşlər naziri Aşqabadda türkmənistanlı hökumət rəsmilərilə məsləhətləşmələrinin davamında həmkarı ilə görüşüb və müzakirə aparıb.

Ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov ilə görüşüb və müzakirə aparıb.

Bundan əvvəl Əmir Abdullahiyan Türkmənistanın Milli lideri və Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Qarşılıqlı maraq doğuran məsələlər, xüsusilə iqtisadi, ticarət, tranzit, enerji və terrorizmlə mübarizə məsələləri bu səfər zamanı müzakirə olunan ən mühüm mövzulardandır.