Tehran - İRNA - Yəmən xalqı Qəzzə əhalisinə dəstəyini davam etdirərək bu gün milyonluq yürüş keçirib.

Yəmənin paytaxtı Sənada insanlar “10-cu ilə qədəm qoyduq və Fələstin bizim ilk məsələmizdir” şüarı ilə Qəzzə əhalisinə dəstək üçün milyonluq yürüş keçiriblər.

Xəbər mənbələri bu kütləvi yürüşün Səna vilayətində və daha 14 əyalətdə keçirildiyini bildirib.

Bu yürüşdə iştirak edənlər Qəzzə əhalisinə dəstək, Amerika və sionist rejim əleyhinə şüarlar səsləndiriblər.