Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bəyanat yayaraq, sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı “Əl-Malkiyyə” bazasını hədəfə aldığını açıqlayıb.

Livan Hizbullahının bəyanatında bildirilir: “Bu gün səhərin ilk saatlarında mücahidlərimiz Əl-Məlkiyyə bazası daxilində və ətrafında sionist əsgərlərin və İsrail zirehli transportyorunun toplaşdıqları yeri raketlərlə hədəfə alıblar.”

Livan Hizbullahı bu hücumun dəqiq və birbaşa şəkildə həyata keçirildiyini, sionist rejim əsgərləri arasında müəyyən itkilərə səbəb olduğunu qeyd edib.