Bu gün HƏMAS və İslami Cihad Hərəkatı sionist rejimlə dolayı danışıqlara dair birgə bəyanat yayıb.
HƏMAS və İslami Cihadın birgə bəyanatında bildirilir: “Danışıqların uğuru Qəzzə zolağında müharibənin tam dayandırılmasından, bütün işğalçı qüvvələrin oradan çıxarılmasından, qaçqınların geri qaytarılmasından və bu əraziyə yardımların gəlməsindən asılıdır.”
“Qəzzə zolağında yeni reallıq yaradan istənilən layihəni və ya siyasi addımı rədd edirik” - deyə, bəyanatda vurğulanır.