Bazar günü yayılan “Todo Noticias” xəbər portalına müsahibəsində Mirzoyan deyib: “Biz NATO ilə əməkdaşlıq etmişik, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmişik və Kosovoda mövcudluğumuzu gücləndiririk.”
O, əlavə edib: “Bu əməkdaşlıqlar rəsmi xarakter daşıyır. NATO-ya daxil olmaq niyyətinə gəlincə, deməliyəm ki, yox. Bu, Ermənistanın gündəmində olan məsələ deyil.”
Ermənistanın Xarici İşlər naziri vurğulayıb: “Avropa İttifaqı ilə münasibətlərə gəlincə, deməliyəm ki, İrəvanın Avropa istəkləri var. Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində son açıqlamasına toxunmaq istərdim. O bildirdi ki, Avropa İttifaqı Ermənistanla nə qədər yaxınlaşmaq istəyirsə, İrəvan da Avropa İttifaqı ilə o qədər yaxınlaşmağa hazırdır.”
Mirzovyan Brüssel və Vaşinqtonu İrəvanın böyük tərəfdaşları adlandıraraq deyib: “Biz Avropa İttifaqı və ABŞ ilə siyasi və iqtisadi əlaqələri dərinləşdiririk.”
Rusiya ilə münasibətlərə toxunan Mirzoyan deyib: “Bizim müxtəlif sahələrdə iqtisadi, ticarət və əməkdaşlıq əlaqələrimiz, təhlükəsizlik sahəsində yaxşı münasibətlərimiz var.”
“Lakin fərqli düşünməyimiz və ortaq dildə danışmamağımız bir həqiqətdir. Rusiya ilə münasibətlərdəki problemləri gizlədə bilmərik” - deyə, Xarici İşlər naziri əlavə edib.
O, müsahibəsinin davamında deyib: “Mən gələcəklə bağlı proqnoz verə bilmərəm, amma bilirəm ki, Ermənistanın iki ölkənin bir-birinin ərazi bütövlüyünə sadiqliyi ilə bağlı gözləntiləri ədalətlidir.”
Publish Date: 1 aprel 2024 - 13:20
Tehran - İRNA - Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə çalışır, lakin NATO-ya daxil olmaq niyyətində deyil.