Tehran - İRNA - Rusiyanın Tehrandakı səfirliyi sionist rejimin İranın Suriyadakı səfirliyinə hücumunu pisləyib və vurğulayıb: “Bu hücumlar gözlənilməz nəticələrə hamilə olan Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər.”

Rusiyanın Tehrandakı səfirliyi sionist rejimin ölkəmizin Dəməşqdəki konsulluğuna hücumunu pisləyib.

Rusiyanın Tehrandakı səfirliyinin yaydığı bəyanatda bildirilir: “İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun binasına insan təlafatı və binanın dağılması ilə nəticələnən hücumu bizi şoka saldı və qəzəbləndirdi.”

Səfirliyin bəyanatında əlavə olunur: “Bu hərəkət təkcə beynəlxalq hüququn bütün əsaslarının, o cümlədən diplomatik və konsulluq yerlərinin toxunulmazlığına zəmanət verən Vyana Konvensiyalarının kobud şəkildə pozulması deyil, həm də gözlənilməz nəticələrə hamilə olan Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər.”