London - İRNA - İngiltərənin Xarici İşlər naziri sionist rejimin Qəzzədə qida paylayan beynəlxalq təşkilatın karvanına endirdiyi hava hücumu nəticəsində İngiltərə vətəndaşlarının həlak olmasına toxunaraq, bununla bağlı Təl-Əvivdən tam və aydın izahat tələb edib.

Devid Kemeron çərşənbə axşamı bəyanatla çıxış edərək deyib: “Qəzzədə "Dünya Mərkəzi Mətbəx" təşkilatının yardım işçilərinin həlak olduğu hava hücumu xəbəri çox üzücüdür.”

O, İngiltərənin hücum hadisəsində bu ölkə vətəndaşlarının öldürülməsi ilə bağlı xəbərləri araşdırdığını bildirərək deyib: “Bunlar şiddətli ehtiyacı olanlara nicat verici yardım çatdırmaq üçün çalışan insanlar idilər.”