İnqilab Rəhbəri Qəzzanın mühüm məsələsinin dünya ictimai rəyinin prioritetindən düşməsinə imkan verilməməsinin lazım olduğunu vurğulayaraq, sionist rejimin soyqırım və kütləvi qətllər, qadın və uşaqlar, xəstələr və xəstəxanalara qarşı hücumları kimi cinayətlərini yaxın dövrlərin tarixində misli görünməmiş cinayətlər adlandırıb və deyib: Cinayətlər o həddədir ki, hətta Qərb mədəniyyətində, Avropa və Amerikada yaşamış insanlar etiraz səslərini ucaltdılar.
O, altı aylıq müharibənin bir növ yekunu olaraq sionist rejimi iki baxımdan uğursuz hesab edib və deyib: Onların ilk məğlubiyyəti oktyabr ayının 7-si və Əl-Əqsa tufanı əməliyyatı oldu ki, kəşfiyyat və hərbi üstünlük iddiası ilə çıxış edən rejim məhdud resurslara malik olan müqavimət qrupundan böyük bir kəşfiyyat uğursuzluğuna uğradı və sionist rejimin bu uğursuzluğu və rüsvayçılığı heç vaxt bərpa edilməyib və edilməyəcək.
Həzrət Ayətullah Xamenei sionistlərin ikinci məğlubiyyətini Qəzzəyə hücumda elan edilmiş hədəflərə çatmaqda uğursuzluq adlandırıb və sionistlərin amerikalıların hərtərəfli hərbi-maliyyə və siyasi dəstəyindən, o cümlədən qətnamələrə veto qoymasından və son qətnaməni “məcburi olmayan” adlandırmaq kimi xalis yalandan bəhrələnməsinə işarə edərək əlavə edib: Bütün bu dəstəklərə baxmayaraq, sionistlər bəyan etdikləri məqsədlərindən birinə belə nail ola bilmədilər.
İslam İnqilabının Rəhbəri əlavə edib: Onlar müqaviməti və xüsusilə də HƏMAS qrupunu məhv etmək istəyirdilər, halbuki bu gün Həmas, İslami Cihad və Qəzzə müqavimət qrupları problemlərə dözərək işğalçı rejimə zərbə vurmaqdadırlar.
O, sionistlərin vəhşiliyini, günahsız qadın və uşaqların öldürülməsini onların müqavimət döyüşçüləri qarşısında acizliyinin nəticəsi hesab edərək dedi: Sionistlərin məğlubiyyəti mütləq davam edəcək və onların Suriyada etdikləri kimi ümidsiz səyləri və təbii ki, buna görə onlara şillə dəyəcək, problemlərinə çarə olmayacaq.
Həzrət Ayətullah Xamenei əlavə etdi: Sionist rejim gündən-günə zəifləyəcək və tənəzzül və məhvə yaxınlaşacaq və ümid edirik ki, gənclərimiz müqəddəs Qüdsün müsəlmanların əlində olduğu və orada namaz qıldığı günü görəcəklər və İslam dünyası qəsbkar rejimin məhvini bayram edəcək.
O, İran İslam Respublikasının təşəkkülünü İslam dünyası üçün böyük bir fürsət hesab edərək, İslam nizamının artan gücü və düşmənlərinin zəiflədiyini vurğulayaraq dedi: Regional hesablamalar və müqavimət cəbhəsi və əks cəbhənin vəziyyəti Əl-Əqsa tufanından sonra dəyişib və gələcəkdə daha da dəyişəcək və “İslam və müqavimət və İran İslam Respublikası”nın düşmənləri bu dəyişiklikləri qəbul etməli olduqları halda bilməlidirlər ki, bu bölgədə, İslam cəmiyyətində hökmranlıq edə bilməzlər.