Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri yeni il və Fitr bayramı münasibətilə məhkəmələrdə mühakimə olunmuş iki mindən çox adamın əfv edilməsinə və ya cəzalarının azaldılmasına razılıq verib.

İslam İnqilabının Ali Rəhbəri yeni il və Fitr bayramı münasibəti ilə məhkəmələr tərəfindən mühakimə olunmuş iki mindən çox adamın əfv edilməsi, cəzalarının azaldılması və yüngülləşdirilməsi ilə bağlı Məhkəmə Sisteminin sədrinin xahişini qəbul edib.