Tehran - İRNA - Zahidan şəhərində Kurin polis idarəsinin patrul bölməsinə edilən terror aktı nəticəsində 2 nəfər şəhid olub.

Sistan və Bəlucistan Polis Komandanlığının informasiya mərkəzi yaydığı məlumatda bildirib: “Bir saat əvvəl Kurin bölgəsində Kurin polis bölməsinin patrul bölməsi (missiya həyata keçirərkən) qəlbi kor terrorçularının hücumuna məruz qalıb və terror nəticəsində bölmənin iki əməkdaşı (iki əsgər) şəhid olub və bir əməkdaşı yaralanıb.”

Bununla bağlı bir nəfər yaralanmış terrorçu həbs edilib, digər silahlı terrorçuların tutulması istiqamətində işlər davam edir.