ABC-nin internet saytı yazıb ki, Təl-Əviv cümə günü (5 aprel) elan edib ki, sözügedən hava hücumu hadisəsində bu rejim qüvvələri səhvən işçilərdən birinin HƏMAS silahlılarından biri kimi tanıyıb.
“Qlobal Mərkəzi Mətbəx”in təsisçisi İsrailin bu iddialarını rədd edərək deyib: “Hər dəfə nəsə baş verəndə HƏMAS-ı günahlandırmaq olmaz.”
Anders əlavə edib: “Söhbət təkcə Qlobal Mərkəzi Mətbəxin həlak olmuş yeddi kişi və qadınından getmir. Belə hadisələr uzun müddətdir ki, baş verir. 6 aydır ki, (sionist rejimin qüvvələri) hər bir canlını hədəfə alır.”
Təşkilatın təsisçisi vurğulayıb: “Bu müharibənin terrora qarşı və İsraili müdafiə etmək üçün olması görünmür. Bu mərhələdə görünən odur ki, bu, bəşəriyyətin özünə qarşı müharibədir. Araşdırma daha dərin olmalıdır. Cinayətkar özü haqda araşdırma apara bilməz.”