Ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşmək və danışıqlar aparmaq üçün bu gün (bazar günü) günortadan sonra bu ölkəyə yola düşüb.
Qarşılıqlı maraq doğuran məsələlər, qarşılıqlı əməkdaşlığın inkişafı, xüsusilə ticarət mübadiləsinin artırılması sahəsində məsələlər haqda müzakirələr və təbii ki, ən mühüm regional və beynəlxalq məsələlərin araşdırılması ölkəmizin Xarici İşlər nazirinin bu səfərdə gündəmindədir.