Uellsli Universitetinin tələbələri Fələstin xalqına dəstək olaraq Barak Obama administrasiyasının dövlət katibi Klintonun bu universitetin kampusunda olmasını pisləyiblər.
Deyilənə görə, bu keçmiş amerikalı məmur onun adını daşıyan mərkəzin açılışını etmək üçün bu universitetdə olub.
Klinton da bu universitetin məzunlarındandır və yarım əsrdən çox vaxt keçdikdən sonra yenidən bu yerə qayıdıb.
Massaçusetsdəki Uellsli Universitetində etirazçılar keçmiş birinci xanımı izləməkdə maraqlı olmadıqlarını bildiriblər. Tanınmalarına çalışan tələbələr onu Uellslinin əlləri qana bulaşmış ən məşhur hərbi cinayətkarı adlandırıblar.