Tehran - İRNA - Ordunun Baş komandanı deyib: “Qəzzədəki müharibə Netanyahunun ömür şüşəsidir və müharibənin dayanması ilə onun hökuməti süqut edəcək.”

Ordunun Baş komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi bazar ertəsi 8 apreldə Ordu Komandanlığı və Qərargah Universitetində keçirilən şəhid general-leytenant Əli Səyyad Şirazinin hərbi müdafiə ideyalarına həsr olunmuş elmi konfrans çərçivəsində sionist rejimin Qəzzənin bəzi bölgələrindən geri çəkilməsi ilə bağlı deyib: “Sionistlərin Qəzzənin bəzi bölgələrindən geri çəkilməsi onların taktikalarından biridir, belə ki, indi bombardmana başlayıblar.”