Tehran - İRNA - Respublikaçıların nümayəndəsi və ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin sədri Mayk Törner deyib: “Vaşinqton İranı Qəzzədəki müharibədən uzaq tutmağa çalışdığı bir halda, İsrailin Dəməşqdəki konsulluğuna hücumu heç də ağıllı hərəkət deyildi.”

ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin sədri CNN telekanalına müsahibəsində sionist rejimin bu yaxınlarda İranın Dəməşqdəki konsulluğuna hücumu və İranın buna qarşılıq vədi verməsinin mütləq bütün regionda gərginliyi artıracağını bildirib.

Aprelin 1-də bazar ertəsi xəbər mənbələri sionist rejimin Dəməşqdəki İran səfirliyi yaxınlığındakı binaya hücumu barədə xəbər yaydılar. Bu xəbərə əsasən, İranın Dəməşqdəki konsulluğunun binası tamamilə dağıdılıb və qarşısındakı avtomobillərə də ziyan dəyib.