Nyu York - İRNA - Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna hücumundan və Tehranın Təl-Əvivə reaksiyasından sonra Qərbi Asiya regionunda gərginliyin artması ehtimalı barədə deyib: “Bölgədə gərginliyin artmasından narahatıq.”

Bir müxbir bazar ertəsi BMT-nin sözçüsü Stefan Düjarrikdən soruşub: “Ehtimal olunur ki, İran bütün dünyada İsrail səfirliklərini hədəfə alacaq. BMT-nin baş katibi Antonio Quterreş iranlılarla danışıbmı? Quterreş Yaxın Şərqdə münaqişənin baş verəcəyindən narahatdırmı?”

BMT sözçüsü müxbirin sualına belə cavab verib: “Bir neçə dəfə dediyim kimi, keçən həftə Baş katibin İranın Xarici İşlər naziri ilə söhbəti olub. Biz regionda gərginliyin daha da artması riskindən açıq şəkildə narahatıq.”

Tags