Tehran - İRNA - Hayfa şəhərinin meri Hizbullah ilə genişmiqyaslı müharibə nəticəsində yarana biləcək vəziyyətlə bağlı işğal olunmuş ərazilərdəki sionist mühacirlərə ciddi xəbərdarlıq edib.

Sionistlərin Hizbullahla genişmiqyaslı müharibə qorxusunun sonu yoxdur və sionist rejim səlahiyyətliləri hər iclasda gələcək çətin vəziyyətlə bağlı xəbərdarlıq edirlər.

Hayfa şəhərinin meri Yone Yahef sionist mühacirlərə müraciətində deyib: “Biz hamımız qarşıdakı aylara hazır olmalıyıq ki, bu da çətin problem olacaq.”

O, xüsusilə təcili yardım otaqlarında və sığınacaqlarda sabit telefon xətlərinin əhəmiyyətini də vurğulayıb.