Ölkə başçıları ayrı-ayrı məktublarda İran İslam Respublikası Prezidentini yeni ilin gəlişi münasibətilə təbrik ediblər.

Xorvatiya, Türkiyə, Polşa, Bolqarıstan, Ermənistan, Avstriya, Qırğızıstan, Venesuela, Tacikistan, Banqladeş, Türkmənistan, Vyetnam və Bosniya və Herseqovina prezidentləri, Oman Sultanı, İordaniya Kralı və Ermənistanın Baş naziri ayrı-ayrılıqda məktublarda Ayətullah Seyid İbrahim Rəisi və ölkəmizin xalqını yeni günəş ilinin gəlişi münasibətilə təbrik edib, yeni ildə iki ölkə arasında münasibətlərə daha çox töhfə vermək üçün əlaqələrin genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.