Doktor Hüseyn Əmir Abdullahian və Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Ali-Sani telefon danışığında Fitr bayramının gəlişi münasibətilə bir-birlərini təbrik ediblər.

Doktor Əmir Abdullahian bu telefon danışığında deyib: Ümid edirik ki, Ramazan bayramının bərəkəti ilə bütün İslam ölkələrinin bir-biri ilə daha güclü əməkdaşlığının şahidi olacağıq.

Bu telefon danışığında iki ölkənin xarici işlər nazirləri son ikitərəfli hadisələri, Qəzza məsələsini və digər regional hadisələri də müzakirə ediblər.