Hərəkat yaydığı bəyanatda əlavə edib: “Bu cinayət heç vaxt Qəzzə zolağında böyük Fələstin xalqının iradəsini və sabitliyini sarsıda bilməz, üstəlik, işğalçıları qovmaq, xalqın azadlıq və qayıdış da daxil olmaqla tələblərini yerinə yetirmək üçün döyüşü davam etdirmək əzmini daha da möhkəmləndirəkəcək.”
HƏMAS-ın bəyanatının davamında bildirilir: “Düşmən, fələstinli mülki əhalinin Qəzzə zolağında vəhşicəsinə bombardman edilməsini öz məqsədlərinə çatmaqda biabırçı uğursuzluqdan sonra danışıqlarda sövdələşmə predmeti ola biləcəyini güman edir. Lakin bu batil fikirlərlə heç nəyə nail olmayacaq. Çünki tökülən pak qanlar və göstərilən fədakarlıqlar Fələstin xalqını və düşmənə qarşı müqaviməti daha şücaətli və müqavimətli edir, bu torpaqdakı mücahidlərin işğalçıları qovmaq və bu rejimi məhv etmək əzmini daha da qətiləşdirir.”