Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İRNA-nın xarici siyasət üzrə müxbirinin Bəhreyn hökumətinin bu ölkənin bəzi siyasi məhbuslarının azad edilməsi istiqamətində son addımları ilə bağlı sualına cavabında deyib: “Bəhreyn hökumətinin Fitr bayramı ərəfəsində atdığı addım müsbət addım və düzgün istiqamətdə hərəkətdir.”
Ölkəmizin diplomatiyasının sözçüsü əlavə edib: “Bəhreyn hökuməti digər siyasi məhbusları azad etməklə və müvafiq növbəti addımlar atmaqla bu hərəkəti tamamlamalıdır.”