Tehran - İRNA - Bu gün sionist rejim ordusu Qəzzə zolağının mərkəzindəki Nasirat düşərgəsindəki bir yaşayış kompleksi və BMT-nin Fələstinlilərə Yardım və İşlərin Təşkili üzrə Agentliyinə (UNRWA) bağlı məktəbi bombalaması nəticəsində ən azı 5 fələstinlini şəhid olub və bir neçə nəfər yaralanıb.

İRNA-nın cümə axşamı Fələstin KİV-lərinə istinadən yaydığı xəbərə görə, yüzlərlə fələstinli qaçqın UNRWA-ya bağlı bu məktəbə sığınıb.