İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin müraciətində bildirilir: “Şübhəsiz ki, bu cinayətin və minlərlə günahsız qəzzəlinin şəhadətinin intiqamı Mütəal Allahın kəlamının aydın mətninə əsasən, cavabsız qalmayacaq və İslam müqavimətinin cəsur döyüşçülərinin qüdrətli əlləri ilə bu cinayəti törədənlər öz rüsvayçı əməllərinin cəzasını alacaqlar.”
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlaminin müraciətində də bildirilir: “Sizin və Fələstin müqavimətinin sadiq və cəsur döyüşçülərinin hər birinin qələbəsinin sirri, vahid və qüdrətli bir səngərdə xalqın dəstəyi və həmrəyliyidir ki, 33 mindən çox Qüds şəhidinin pak və qüdrətverici qanı buna kömək etmiş, cəllad və qondarma sionist rejimin törətdiyi soyqırım, terror və vəhşiliyin təsirlərini zərərsizləşdirmişdir. Belə ki, artıq bu rejim Qəzzənin ölümcül və dəhşətli bataqlığından xilas olmaq üçün bir yol tapa bilməyəcək.”
General-mayor Salaminin müraciətində əlavə olunur: “Allahın lütfü ilə, HƏMAS və Qəzzənin sabitqədəmliyi və yenilməz izzəti bölgənin güclü İslami müqavimət cəbhəsinin dəstəyi ilə möhtəşəm və heyrətləndirici əzəmətlə sionist düşmənə qarşı mübarizə və qarşıdurmada davam edir, vəhşi sifətli və işğalçı rejimin tərəfdarları bu rəzil, can vermək və məhv olmaq üzrə olan rejimi dirildə, vəhşiliyini davam etdirməsi və ağılsız cinayətlər törətməsi üçün ayaqda saxlaya bilməyəcəklər.”