Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin İsmayıl Haniyənin 3 övladının şəhid olduğu terror əməliyyatına münasibət bildirərək virtual məkanda yazıb: Fələstin müqaviməti liderlərinin övladları və ailə üzvlərinin sionist rejimin cinayətkarları tərəfindən şəhid edilməsi müqavimətin Fələstin xalqının vücuduna yoğrulduğuna və müqavimət liderlərinin hər zaman olduğu kimi, bu mübarizədə də işğalçı düşmənə qarşı xalqla bir yerdə olduqlarının əyani sübutudur.
Kənani əlavə edib: Sionist rejimin cinayətkar başçılarının saxta illüziyasına baxmayaraq, Fələstində müqavimət Qəzza zolağı və İordan çayının qərb sahilindəki kişi, qadın və uşaqların sayı qədər davam edir.
Publish Date: 11 aprel 2024 - 21:48
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü dedi: Fələstin müqavimət liderlərinin övladları və ailə üzvlərinin sionist rejimin cinayətkarları tərəfindən şəhid edilməsi müqavimət liderlərinin xalqla birlikdə işğalçı düşmənə qarşı müqavimət göstərməsinin əyani sübutudur.