Əli Əkbər Vilayəti “Əl-Məyadin” telekanalına müsahibəsində Amerikanın Cənubi Qafqaz planı haqqında deyib: “Son günlər Avropa Birliyi və ABŞ NATO timsalında Brüsseldə toplaşıb, Cənubi Qafqaz regionuna yeni qanunsuz hücum və müdaxilə planının əsasının qoyulması ilə bağlı yeni qərar qəbul ediblər. Dünyanın bu çox həssas sahəsinə müdaxilə etmək istədiklərini açıq şəkildə bildirdilər və üzdə, öz məqsədlərini sülhün yaradılmasına kömək etmək kimi bəyan ediblər.”
Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri deyib: “Halbuki, bu tip hərəkətlər onu göstərir ki, keçmişi pis olan bu toplumun dünyanın həssas bölgələrində gərginlik yaratmaq üçün zəmin yaratmaqdan və həmin region ölkələrinin təhlükəsizliyini və müstəqilliyini məhv etmək bahasına hərbi mövcudluğa bəhanə əldə etməkdən başqa məqsədi yoxdur.”
Vilayəti əlavə edib: “Cənubi Qafqaz regionunun həssaslığı heç kimə gizli deyil. İran İslam Respublikasının qürurverici tarixi keçmişi göstərir ki, ölkəmiz ötən bir neçə əsrdən bəri region ölkələrinin hüquq və həssaslıqlarını qorumaqla bu regionda təhlükəsizlik və sülhün qorunmasında həmişə mühüm sütun olub.”
O deyib: “Ona görə də bu yeni plan və o planın formalaşması artıq Amerikanın təşəbbüsü və regiondakı bəzi vasitəçilərin köməyinə əsaslanıb.”
Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri müsahibəsinin davamında deyib: “Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm bir hissəsidir və bu bölgədəki bütün ölkələrin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü daim müdafiə edəcək və Avropa İttifaqı, NATO və ABŞ-ın bu yaxınlarda Brüsseldə qəbul etdiyi bu qərar qətiyyən həyata keçməyəcək.”