Sionist rejimin Qəzzə zolağına təcavüzünün davamında bu rejim qüvvələri Qəzzənin Əl-Dərc bölgəsindəki Əl-Sədra kəndində Əl-Tabatibi ailəsinə məxsus evi bombalayıb, nəticədə azı 25 nəfər şəhid olub.
İşğalçıların qaçqınların sığındığı Əl-Nəsirat düşərgəsindəki məktəbə hava hücumu nəticəsində də çoxlu sayda insan yaralanıb.
İşğalçılar Əl-Nəsirat düşərgəsinin şimalını da hədəfə alıblar.
Fələstin Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, sionist rejimin oktyabrın 7-dən Qəzzə zolağına hücumları nəticəsində şəhid olanların sayı 33 min 545 nəfərə, yaralıların sayı isə 76 min 94 nəfərə çatıb.