Teleqraf internet saytı yazıb: Qərb mediası elan edib ki, sionist rejim İran tərəfindən öz mövqelərinə pilotsuz təyyarə və ya raket hücumlarına həyəcan vəziyyətindədir və bunun yaxın 48 saat ərzində həyata keçirilə biləcəyi iddia edilir.
Bu arada və Yaxın Şərqdə gərginliyin artması ehtimalı ilə eyni vaxtda neft bazarı qeyri-sabitləşib və treyderlər Yaxın Şərqdə münaqişələrin yayılmasından narahatdırlar.
Brent markalı neftin bir barelinin qiyməti 92 dollara çatıb ki, bu da ötən ilin oktyabrından, yəni Fələstin müqavimət qruplarının Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı sürpriz “Əl-Əqsa tufanı” əməliyyatına başladığı vaxtdan bəri ən yüksək həddə çatıb.
Publish Date: 12 aprel 2024 - 21:26
Tehran - İRNA - İranın Dəməşqdəki konsulluğuna sionist rejimin son təcavüzünə Tehranın cavabı və bəzi Qərb mediasının Yaxın Şərqdə gərginliyin arta biləcəyi iddiası ilə bağlı fərziyyələr fonunda neftin qiyməti son altı ayda ən yüksək həddə çatıb.