İraq İslami Müqaviməti cümə günü verdiyi bəyanatda bildirib: Amerika işğalçı qüvvələri yaralı İraqın sinəsinə çökdükcə, onun suverenliyinə xələl gətirdikcə, hava məkanını pozduqca və təhlükəsizlik proqramlarına hakim olduqca, bu işğalın adını koalisiya və təhlükəsizlik ortaqlığı olaraq dəyişdirməyin heç bir təsiri və dəyəri yoxdur və Amerikanın bu hərəkəti onların İraqı tərk etmək niyyətində olmadığını göstərir.

Amerikanın sionist rejimə dəstək cinayətləri günü-gündən artır, biz Amerika və sionist rejim hərbçilərinin İraqda və müqavimət cəbhəsinin üzvü olan ölkələrindəki hər bir axmaqlığına görə məsuliyyəti Amerikanın daşıdığını bilirik və xəbərdarlıq edirik ki, bacardığımız hər yerdə onlara birbaşa cavab verəcəyik.