HƏMAS-ın bəyanatında bununla bağlı bildirilir: “Yaraqlı sionist mühacirlər tərəfindən həyata keçirilən vəhşi hücumlar İordan çayının qərb sahilində torpaq işğalı proqramı çərçivəsində həyata keçirilən müharibə cinayətləridir.”
Bəyanatda vurğulanır: “İordan çayının qərb sahilindəki əhalini və müqavimət qüvvələrimizi inqilabi hərəkatı və müqaviməti gücləndirməyə, düşmən və onun yaraqlıları ilə mübarizə aparmağa çağırırıq.”
HƏMAS-ın bəyanatında əlavə olunur: “Bu təhlükəli hücumlar İordan çayının qərb sahilindəki Muxtar Hökumətdən və təhlükəsizlik qurumlarından xalqımızı qorumaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyi tələb edir.”
Bu bəyanat silahlı sionist mühacirlərin Ramallah bölgəsinin Selvad və Tarmsaiya bölgələrinin girişini ikinci gün dalbadal bağladıqdan sonra verilib.