Sionist rejimin daxili təhlükəsizlik araşdırmaları mərkəzinin tədqiqatçısı Bəni Səbati “Kan” radio və televiziya kanalına müsahibəsində sionist rejimin Dəməşqdəki İran konsulluğuna hücumuna İranın cavabı və bu rejimin İranın raket və pilotsuz təyyarələri ilə mübarizə səyləri ilə bağlı deyib: “Biz (münaqişədən) çıxdıq və sanki bərabər vəziyyətdəyik, lakin həqiqətdə belə deyil, İranın qələbə və uğuru daha böyükdür.”
Analtik İran pilotsuz təyyarələri və raketlərinin işğal olunmuş ərazilərin hava məkanına daxil olmasına və sionist rejimin dövlət qurumları üzərində uçuşuna toxunub, bunu İranın qələbəsi kimi qiymətləndirərək deyib: “Münaqişənin nəticəsi İsrail divarının sınması oldu, çünki raketlər və pilotsuz təyyarələr Qüds, knesset və Məscidül-Əqsanın hava məkanına daxil oldu və nüfuz etdi.”