Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatı bu gün (bazar günü) yaydığı bəyanatda Təl-Əvivin Dəməşqdəki İran konsulluğuna hücumuna Tehranın pilotsuz təyyarə və raketlə cavab verməsini yüksək qiymətləndirib.

Fələstin İslami Cihad Hərəkatının bəyanatında bildirilir: “Biz İranın hərbi reaksiyasını və işğalçı rejim daxilindəki hərbi obyektləri hədəf almasını yüksək qiymətləndiririk.”

İslami Cihad Hərəkatı vurğulayıb: “Bu addım işğalçı rejimə təbii cavabdır və onun törətdiyi cinayətlər, pozuntular, terror hərəkətləri qarşısında vacibdir. Çünki bu rejim bütün insani və hüquqi dəyərləri və standartları açıq şəkildə pozur və bu hərəkətlərini davam etdirir.”

Bəyanatda əlavə olunur: “İşğalçı rejimin müdafiəsinə uyğun gələn və bu cavabı qınayan bütün mövqeləri pisləyirik. Bu ölkələr özlərini mühafizəçi divara çeviriblər ki, sionist rejimi müdafiə etsinlər, onun təcavüzə məruz qaldığını iddia etsinlər və həqiqətləri təhrif etsinlər.”

Bu bəyanat şənbə günü axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə onlarla pilotsuz təyyarə və raketlərin atıldığını elan etdikdən sonra verilib.