Mehrabad beynəlxalq hava limanının idarə heyətinin üzvü və meneceri Muradi, Mülki Aviasiya Təşkilatının verdiyi təlimata əsasən, bu limanın bütün uçuş məhdudiyyətlərinin ləğv edildiyini və bu gün (bazar ertəsi) saat 5:30-dan etibarən bu hava limanının sərnişin qəbulu prosesinin başladığını elan edib.
O deyib: Bu məhdudiyyətin ləğvi əvvəlki aviasiya mesajlarında qeyd olunan bütün hava limanlarına aiddir.
Həmçinin İmam Xomeyni (r.ə.) Hava Limanı Şəhərciyinin Əlaqə, İnformasiya və Beynəlxalq Məsələlər İdarəsi elan edib: Bazar ertəsi (15 aprel 2024-cü il) səhər saat 6:00-dan etibarən İmam Xomeyni (r.ə.) Hava Limanı Şəhərciyinin uçuşları normal vəziyyətə düşüb.
Rəzəvi Xorasan ostanının Hava Limanlarının İctimaiyyətlə Əlaqələr direktoru da deyib: Məşhədin Şəhid Haşeminejad Beynəlxalq Hava Limanının uçuşları normal vəziyyətə düşüb və ölkənin şəhərlərinə uçuşlar həyata keçirilir.
NOTAM-ın (uçuş xəbərdarlığı) məlumatına görə, dünən, 14 apreldə Tehranın İmam Xomeyni (r.ə.) və Mehrabad, Şiraz, İsfahan, Buşehr, Təbriz, Ərdəbil, Urmiya, Sənəndəc, Kirmanşah, İlam, Xürrəmabad, Əhvaz, Abadan, Həmədan, Şəhrikürd və Dezful şəhərlərindəki hava limanlarına bütün uçuşlar ləğv edilmişdi. Bu gün səhər saatlarından etibarən bu məhdudiyyət ləğv edilib və bütün uçuşlar normallaşıb.